Hitlerin həyatının sevgisi - qardaşı qızı
    • 15-04-2024, 13:16
    • 304

Hitlerin həyatının sevgisi - qardaşı qızı

"The Sun" nəşri Hitlerin 23 yaşında intihar etdiyi bilinən qardaşı qızı Geli Raubal ilə romantik münasibətdə olduğu iddiasını yayıb.

News24.az xəbər verir ki, iddialara görə, Hitler 17 yaşında yanına köçən Raubalaya dəlicəsinə aşiq olub. Onlar arasındakı cinsi əlaqənin isə təxminən 6 il davam etdiyi iddiası irəli sürülüb.

Nəşrin yazdığı məlumata görə, Raubala Hitlerin dostlarına onu sadomazoşist (qarşısındakı şəxsə acı vermək və ya əziyyət verərək seksual bir həzz almaq) əlaqəyə məcbur etməsi haqqında şikayət də edib.

"The Sun"a danışan məhkəmə psixiatrı Robert Kaplan, "Sadomazo təcrübələri Hitlerin şəxsiyyəti ilə mükəmməl uyğun gəlir. O, ifratları sevən biri idi", deyə bildirib.

Kaplan onu da bildirib ki, Hitler qəzəbini bədənindən çıxırmış.

Qeyd edək ki, Raubal Hitlerin Münhendəki mənzilində yaşayırdı. O, təhsilini davam etdirmək üçün Vyanaya qaçmağı planlaşdırırdı. Hitler Raubalın Vyanaya getməsinə icazə vermədiyi üçün onlar tez-tez mübahisə edirdilər.

Nürnberqdə görüş keçirmək üçün yola çıxan Hitler ertəsi gün Münhenə qayıtmalı olur. Bunun səbəbi isə 1931-ci il sentyabrın 19-da günortadan sonra Raubalının ağciyərinə dəyən güllə yarasından ölməsi olub.

Görünür ki, o, Hitlerin Valter tapançası ilə özünü vuraraq canına qəsd edib.

Hitler bu hadisədən sonra depressiyaya düşür. O, Vyanada keçirilən dəfn mərasimində belə iştirak etmir. İki gün sonra isə Raubalın məzarını ziyarət edir. Bundan sonra o, depressiyasından çıxaraq yenidən siyasətlə məşğul olur.

Hitler daha sonra Raubalın sevdiyi yeganə qadın olduğunu da elan edib.

Hətta Berqofda onun üçün bir otaq ayırıb. O otaqda və Berlindəki kansler binasında Raubalın portretlərini də asıb.

Günel Məlikzadə