Vyetnamdakı Kon Dao adası sahilindəki mərcanlar kütləvi şəkildə tələf olur
    • 31-05-2024, 23:11
    • 190

Vyetnamdakı Kon Dao adası sahilindəki mərcanlar kütləvi şəkildə tələf olur

El Nino təbiət hadisəsinin təsirindən sonra Kon Dao adasının Vyetnam sahillərində çoxlu sayda mərcan suyun temperaturunun artması səbəbindən ağarıb və tələf olub.

News24.az AZƏRTAC-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl Kon Son, Bay Can, Hon Tre Nho və Dam Tre Bay adalarının sahilyanı ərazilərində - sahildən təxminən 30-40 metr aralıda mərcan riflərinin zədələnməsi qeydə alınıb.

Şuranın məlumatına görə, El Nino səbəbindən dəniz temperaturunun artması nəticəsində mərcanlar ağarır və tələf olur (qeyd olunmuş temperatur 32 dərəcə Selsi, mərcanlar üçün ideal temperatur 24-30 dərəcə Selsi arasında dəyişir). Bu ona gətirib çıxarır ki, mərcan onun toxumalarında yaşayan yosunları sıxışdırır və bitkidə fotosintez prosesi dayanır. Bəzi ağarmış mərcan növləri dəniz temperaturu düşdüyündə özünübərpa qabiliyyətinə malikdir. Ancaq temperatur yüksək qalarsa, daha çox mərcan tələf olacaq.

Kon Dao bölgəsinə Vyetnamın cənubunda, 12 min nəfərdən çox əhalisi olan Ba Ria-Vunq Tau əyalətinin sahillərində yerləşən 16 böyük və kiçik ada daxildir. Son illər bu məkan çoxlu yerli və xarici turistlərin marağına səbəb olub.

Burada bir neçə dəfə mərcanların tələf olması hadisəsi baş verib, onlardan ən şiddətlisi El Nino fenomeninə görə 1998, 2010, 2016-cı illərdə qeydə alınıb.

Qlobal Mərcan Rifi Fondu tərəfindən aparılan araşdırmaya görə, bütün dünyada həddindən artıq temperaturun hökm sürməsi mərcanların ağarmasına və canlı rənglərini tamamilə itirməsinə səbəb olan bir prosesin əsas səbəbidir.

Alimlər müəyyən ediblər ki, 2023-cü il Şimal yarımkürəsində mərcan ağarması üçün ən pis il olub. Onların, həmçinin 2024-cü ildə Cənub yarımkürəsinin ən pis ilini yaşayacağı proqnozlaşdırılır.