KTMT genişlənəcək?
    • 1-06-2024, 08:42
    • 163

KTMT genişlənəcək?


"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) gələcəkdə üzv ölkələrin bir çox hərbi-siyasi və iqtisadi maraqlarını bölüşdüyü qlobal Cənub dövlətlərini də əhatə edə bilər".

News24.az publika.az-a istinadla xəbər verir ki, bunu Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov deyib.

"Əlbəttə, müxtəlif mərhələlərdə yeni çağırışlar və təhdidlər yaranacaq. Lakin mən nikbinəm, o mənada ki, üzv dövlətlərin birgə effektiv mübarizədə real marağını görürəm. Bundan əlavə, bu iş daha geniş geosiyasi kontekstlə, yəni dövlətlərimizin obyektiv surətdə bir çox hərbi-siyasi və iqtisadi maraqlarını bölüşdüyü qlobal Cənub ölkələrinin davamlı sürətli yüksəlişi ilə ahəngdar şəkildə uyğun gəlir", - diplomat bildirib.

Qrızlovun sözlərinə görə, KTMT-yə üzv ölkələrin qlobal Cənub dövlətləri ilə əməkdaşlığının hansı formada olacağını hazırda söyləmək çətindir.

"Tərəfdaşlıq formatından tutmuş üzv dövlətlərin sırasının genişlənməsinə, hətta digər birliklərlə birləşməyə qədər bütün ssenarilər realdır", - deyə səfir vurğulayıb.