Putin sülh üçün şərtləri sadaladı
    • 14-06-2024, 15:26
    • 203

Putin sülh üçün şərtləri sadaladı

Xarici İşlər Nazirliyinin rəsmiləri ilə görüşən Putin, "İsveçrədəki konfransa dəvət almadıq. Ukrayna və Avropa təhlükəsizliyinə Rusiyasız bir həll yolu tapmaq mümkün deyil" dedi.

News24.az xəbər verir ki, Putin Ukraynanın Donetsk, Luqansk, Zaporojya və Xersondan çəkiləcəyi təqdirdə müharibəni bitirməyə hazır olduqlarını bildirib. Geri çəkilən ukraynalı əsgərlərin təhlükəsizliyinə zəmanət verəcəklərini də vurğulayıb.

“Kiyev NATO hədəfindən əl çəkməlidir” deyən Putin, “Qərb və Ukrayna bizim sülh təklifimizi rədd edərsə, cəbhədəki vəziyyət Ukraynanın xeyrinə olmayacaq və növbəti təkliflərimiz fərqli olacaq” deyə əlavə edib. 

Qeyd edək ki, iyunun 15-16-da İsveçrədə 90 ölkə və təşkilatın iştirakı ilə keçiriləcək Ukrayna Sülh Konfransına Rusiya dəvət edilməyib.

Günel Məlikzadə