Məşhur ilahiyyatçı dünyasını dəyişdi
    • 14-06-2024, 18:46
    • 269

Məşhur ilahiyyatçı dünyasını dəyişdi

Türkiyəli aparıcı Nur Viral canlı yayımda Yusuf Kavaklının ölümünü göz yaşları içində açıqlayıb. Onun üçün çox çətin bir yayım olduğunu bildirən Viral sosial mediada paylaşıb: "Günə çox üzücü xəbərlə başladım. Çox dəyərli müəllimimiz Yusuf Kavaklı dünyasını dəyişdi. Hamımıza başsağlığı verirəm. Allah dəyərli həyat yoldaşına və sevənlərinə qüvvət versin". 

News24.az xəbər verir ki, televiziya proqramında verdiyi cavablarla zaman - zaman sosial medianın trend mövzusuna çevrilən Yusuf Kavaklı bir müddətdir xərçənglə mübarizə aparırdı.

Qeyd edək ki, Yusuf Kavaklı 1946-cı ildə Sivasda anadan olub.

İbtidai məktəbi doğulduğu kənddə oxuyan Kavaklı 1970-ci ildə İstanbul İmam Hatip Liseyini, 1974-cü ildə isə İstanbul Ali İslam İnstitutunu bitirib.

İlk dəfə 24 avqust 1966-cı ildə Bayrampaşa Kartaltəpə Çift Şerefeli Məscidində imam hatip kimi fəaliyyətə başlamışdır. 1982-ci ildə Diyanət İşləri Başçılığı tərəfindən Belçikaya din təlimatçısı kimi göndərilib.

1987-ci ildə Türkiyəyə qayıdan Kavaklı bir müddət Silivri Mərkəz Natiqi olaraq çalışdıqdan sonra Küçükçekmece'nin qurucu müftisi olaraq təyin olundu və bu vəzifəni 14 il davam etdirdi.

2004-cü ildə İstanbul İl Müfti müavini vəzifəsinə təyin edilib, 2011-ci ildə təqaüdə çıxıb. O, müxtəlif televiziya proqramlarında iştirak edib, dini sualları cavablandırıb.

Günel Məlikzadə