İki qatar toqquşdu: Ölən və yaralananlar var
    • 20-06-2024, 18:20
    • 249

İki qatar toqquşdu: Ölən və yaralananlar var

Çilinin San Bernardo bölgəsində sınaq yürüşü zamanı dövlət dəmir yollarına məxsus qatar 1346 ton mis yüklü 8 vaqonlu qatarla üz-üzə toqquşub.

News24.az xəbər verir ki, sınaqda olan qatarın bir vaqonu yük qatarının üstündə asılı vəziyyətdə qalıb.

Bölgəyə polis, yanğınsöndürmə və tibb qrupları sövq edilib.

Səlahiyyətlilər dəhşətli qəzada yük qatarında olan 2 nəfərin öldüyünü, digər qatarda olan 4-ü çinli olmaqla 9 nəfərin yaralandığını bildirib.

Dövlət dəmir yolu şirkəti sınaq qatarında 10 nəfərin olduğunu bildirib.

Səbəbi hələ məlum olmayan qəza ilə bağlı araşdırmalara başlanılıb.

Günel Məlikzadə