İsrail hədələdi: Biz onları daş dövrünə qaytaracağıq!
    • 27-06-2024, 22:10
    • 206

İsrail hədələdi: Biz onları daş dövrünə qaytaracağıq!

İsrail Qəzzanın şimalındakı qaçqın düşərgəsini növbəti dəfə hədəfə alıb. İnsanların çox olduğu düşərgəyə üç hava zərbəsi endirilib. Ölənlər və yaralananlar olub.

News24.az xəbər verir ki, İsrail əsgərləri Həmas ilə həftələrdir davam edən toqquşmalardan sonra ayın əvvəlində Cəbəliyə Qaçqınlar Düşərgəsindən geri çəkilib. Əsgərlər geri çəkildikdən sonra bölgədə əksəriyyəti qadın və uşaq olmaqla 360-dan çox adamın cəsədi tapılıb.

Eyni düşərgə bu dəfə də hava zərbələrinə məruz qalıb. 3 fərqli nöqtədə həyata keçirilən hücumlarda itkilər olub.

Şimaldakı Beyt Lahya şəhərinə hücum nəticəsində ölənlər də olub. İsrail ordusu döyüş təyyarələrinin Xan Yunisdəki məktəbə hücum etdiyini açıqlayıb

HƏMAS-ın qərargahı kimi istifadə edildiyi iddia edilən məktəbin dəqiq silahlarla hədəf alındığı açıqlanıb.

İsrail də çiçəklənən cənub şəhərində irəliləməyə davam edir. İsrail əsgərlərinin Rəfahda keçdikləri yaşayış məntəqələrini sistemli şəkildə məhv etdiyi bildirilir.

Washington Post qəzeti ABŞ-ın oktyabrın 7-dən İsrailə verdiyi təhlükəsizlik yardımının dəyərinin 6,5 milyard dollara çatdığını yazıb. Bildirilib ki, hərbi yardımın yarıdan çoxu təkcə ötən ay verilib.

İsraillə Livan Hizbullahı arasında gərginlik davam edir. İsrailin müdafiə naziri Yoav Gallant bildirib ki, Hizbullahla müharibə şiddətlənərsə, İsrail qüvvələri Livanı daş dövrünə qaytara bilər.

Diplomatik həllə üstünlük verdiklərini vurğulayan Gallant, “Biz müharibə istəmirik, amma hər ssenariyə hazırlaşırıq” deyib.

O, ABŞ-ın yüksək səviyyəli rəsmiləri ilə yerli fələstinlilərin, regional tərəfdaşların və ABŞ-ın daxil olacağı müharibədən sonrakı Qəzzanın idarə edilməsi təkliflərini müzakirə etdiklərini söyləyib. O, prosesin uzun və mürəkkəb olacağını vurğulayıb.

Kanadanın ardınca Almaniya və Hollandiya da Livandakı vətəndaşlarını genişmiqyaslı müharibənin başlaya biləcəyi ilə bağlı narahatlıqları səbəbilə Livanı tərk etməyə çağırıb.

Suriya mediası İsrailin Suriyanın cənub bölgələrinə hava zərbələri endirdiyini yazıb.

Hücum nəticəsində 2 nəfərin öldüyü, 1 əsgərin yaralandığı bildirilib.

Günel Məlikzadə