İsraildən Norveç qərarı
    • Bu gün, 09:26
    • 137

İsraildən Norveç qərarı

Təl-Əvivdə çıxan Yediot Ahronot qəzetinin xəbərinə görə, İsrail Fələstin administrasiyası adına toplanan vergi gəlirlərinin Fələstin rəhbərliyinin Norveçdəki hesabına yatırılması ilə bağlı razılaşmanı ləğv edib.

News24.az xəbər verir ki, bu qərarın İsrailin dar təhlükəsizlik kabineti tərəfindən alındığı, lakin məxfi qaldığı bildirilir.

Qeyd edilib ki, bu, Norveçin ötən ilin mayında Fələstin dövlətini tanıması kimi atdığı addımlara qarşı tədbir kimi edilib.

Fələstin administrasiyası adına toplanan vergi gəlirlərinin transferini öhdəsinə götürmək üçün Norveç əvəzinə başqa bir ölkə ilə müqavilə bağlamağı planlaşdıran İsrail bu mövzuda İsveçrəni razı salmağa çalışır.

Norveç "Avropada İsrailə ən düşmən olan ölkə" olaraq xarakterizə edilərək, İsrail Xarici İşlər Nazirliyinin Norveçə qarşı əlavə cəza tədbirləri yaratmağa çalışdığı, lakin sözügedən tədbirlərlə bağlı ətraflı məlumat verilmədiyi bildirilib.

Günel Məlikzadə