BMT İsrail və “Hizbullah”ı atəşkəsə çağırıb
    • 25-08-2024, 23:55
    • 193

BMT İsrail və “Hizbullah”ı atəşkəsə çağırıb


BMT-nin Baş katibi Antonio Quterreş bölgədə silsilə hücumlardan sonra İsraillə Livanın “Hizbullah” hərəkatı arasında gərginliyin artmasından narahatdır.

News24.az “Report”a istinadla xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında deyib.

“Atışmaların sayının artması hər iki tərəfdən mülki şəxsləri, regional təhlükəsizlik və sabitliyi təhdid edir”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, BMT-nin Baş katibi münaqişə tərəflərindən vəziyyəti tez bir zamanda deeskalasiya etməyi tələb edib. Diplomat vurğulayıb ki, A. Quterreş İsrail və “Hizbullah”ı təcili olaraq döyüşləri dayandırmağa çağırıb.