HƏMAS: İsrailin yeni şərtlərini rədd edirik
    • 26-08-2024, 09:36
    • 194

HƏMAS: İsrailin yeni şərtlərini rədd edirik

Həmas nümayəndə heyəti atəşkəs danışıqlarında iştirak etməyəcək və Qahirədə danışıqların son raundu ilə bağlı vasitəçilərdən məlumat alacaq.

News24.az xəbər verir ki, HƏMAS-ın Co Baydenin atəşkəs təklifinə sadiqliyini təzələdiyi və bu atəşkəsi həyata keçirməyə hazır olduğu vurğulanıb. Razılaşdırılmış atəşkəsi qəbul etməsi üçün İsrailə təzyiq göstərməyə çağırış da edilib.

HƏMAS-ın Qahirəyə nümayəndə heyəti göndərmək qərarı ABŞ-ın danışıqların son raundunda irəliləyiş əldə olunduğunu elan etməsindən sonra verilib. İsrail Misir-Qəzza sərhədindəki Filadelfi dəhlizindən qoşunlarını geri çəkməməkdə israr etdiyi üçün danışıqlarda irəliləyiş əldə olunmayıb. Reuters danışıqların razılaşma olmadan başa çatdığını açıqlayıb.

Günel Məlikzadə