Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
    • 5-05-2022, 14:29
    • 213

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Tural Hüseynov şəhər ərazisində idarə etdiyi avtomobillə ardıcıl olaraq kobud qayda pozuntuları etdiyi üçün Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları ona saxla işarəsi verib. Amma sürücü onlardan qaçmağa çalışıb.

Bu barədə DİN-in mətbuat xidmətindən News24.az-a məlumat verilib.

Yol polisləri tərəfindən görülən tədbirlər nəticəsində Tural Hüseynovun saxlanılması təmin edilib.

Sürücü daha sonra Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən tibbi müayinəyə cəlb edilib və onun sükan arxasında narkotik vasitələrin təsiri altında olduğu müəyyən edilib.

Tural Hüseynov barəsində toplanan material məhkəməyə göndərilib və o, məhkəmənin qərarı ilə sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 gün inzibati qaydada həbs edilib.