SON DƏQİQƏ: Roman Həsənov saxlanıldı
    • 13-04-2023, 11:53
    • 156

SON DƏQİQƏ: Roman Həsənov saxlanıldı

Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərdən birinin girişindən velosiped oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Roman Həsənov müəyyən olunaraq saxlanılıb.

News24.az xəbər verir ki, şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb. 

Araşdırmalarla onun rayon ərazisində müxtəlif ünvanlardan daha 10 velosiped oğurlaması da müəyyən olunub.