ABŞ Ermənistanda nüvə reaktoru tikəcək
    • 24-05-2023, 11:36
    • 136

ABŞ Ermənistanda nüvə reaktoru tikəcək

Amerika Birləşmiş Ştatları Rusiya və Çindən enerji müstəqilliyini gücləndirmək niyyəti ilə Ermənistanda və Avrasiyanın digər dövlətlərində kiçik modul nüvə reaktorları tikməyi nəzərdən keçirir. 

News24.az
xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici əlaqələr üzrə alt komitəsində keçirilən dinləmələrdə ABŞ Dövlət Departamentinin Avropa, Avrasiya və Mərkəzi Asiya üzrə dəstək proqramlarının koordinatoru Mariya Lonqi bildirib.

“Bir sıra ölkələrdə, o cümlədən Ermənistanda biz Amerika texnologiyasından istifadə edilməklə tikilmiş kiçik modul nüvə reaktorlarının imkanlarını (yerləşdirmə - red.) qiymətləndiririk ki, bu da həm Rusiya, həm də Çindən daha da böyük enerji müstəqilliyinə gətirib çıxara bilər”, - Lonqi deyib.

O, digər təfərrüatları açıqlamayıb.

Turan