Azərbaycanlı deputat Türkiyədə Kılıçdaroğluna sual verdi:
    • 25-05-2023, 17:36
    • 546

Azərbaycanlı deputat Türkiyədə Kılıçdaroğluna sual verdi: "Niyə bizimlə düşmənsən?"

“Kılıçdaroğluna sual verirəm: Azərbaycan ona nə edib? Nə edib ki, o, Azərbaycana qarşı düşmənçilik edir? Məncə, onlar müəyyən seçici kütləni öz tərəflərinə çəkmək üçün absurd iddia irəli sürdülər”.

News24.az
xəbər verir ki, bunu İstanbulda səfərdə olan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev CHP sədri Kamal Kılıçdaroğlunun dəstək verdiyi İpək Yolu layihəsində Azərbaycana yer verməməsinə münasibət bildirərkən deyib.

Millət İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlunun “Tarixi İpək Yolunu Canlandırma Layihəsi”ndə Azərbaycanı yer almaması ilə bağlı sualı cavablandıran Musa Quliyev deyib: “Kılıçdaroğluna sual vermək lazımdır. Azərbaycan ona nə edib ki, Azərbaycana düşməndir. Azərbaycan Türkiyənin ən yaxşı dostu və qardaşıdır. Strateji tərəfdaşıdır. Biz bunu son 30 ildə hər an hiss etmişik. Son illər qardaşlığımız daha da yüksək səviyyədədir. Bizim düşüncələrimiz tamamilə fərqlidir. İpək yolu Azərbaycandan keçir, Gürcüstan və Türkiyə üzərindən Avropaya çatır. İkinci yol kimi Zəngəzur dəhlizi açılacaq. Dəhliz Türkiyə ərazisindən keçməklə Qarabağ, Naxçıvan və Qars vasitəsilə Avropaya uzanacaq. Hesab edirəm ki, digər alternativ layihənin heç bir iqtisadi, tarixi və siyasi əhəmiyyəti yoxdur. Ola bilər ki, onlar bir kütləni öz tərəflərinə çəkmək üçün absurd iddia ilə çıxış ediblər. Amma bunun heç bir rolu olmayacaq. Mayın 28-də doğru insanla doğru yola davam edəcəyik”.

“Türkiyəmizi bu günlərdə çox böyük və tarixi bir seçki gözləyir. Bu seçki təkcə Türkiyə xalqının deyil, həm də türk dünyasının və müsəlman dünyasının həyatına təsir edəcək bir seçkidir. Rəcəb Tayyib Ərdoğanla İlhan Əliyevin dostluğu nəticəsində türk dünyası yenidən birləşib. Türk Dövlətləri Təşkilatını yaratmaq üçün birləşdilər. Bu təşkilatın daha da inkişafı üçün bu yol davam etməlidir. Məncə türk xalqının ən yaxşı seçimi olacaq. Türkiyə xalqı mayın 28-də keçiriləcək seçkilərdə bu yolu irəli aparacaq”, - komitə sədri bildirib.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu ilə bağlı prosesi izləmək üçün İstanbula gedib. Milli Məclisin komitə sədri Musa Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətinə deputatlar Elşad Mirbəşir, Vüqar İskəndərov, Ceyhun Məmmədov, Arzu Nağıyev və YAP qərargahının eksperti Rəşadət Xalıqov iştirak edirlər.

Turan