Şahnaz Haşımovadan XƏBƏR VAR
    • 27-07-2023, 12:07
    • 392

Şahnaz Haşımovadan XƏBƏR VAR

Xalq artisti Şahnaz Haşımova xəstəxanadan evə buraxılıb.

News24.az xəbər verir ki, bu haqda sosial media hesabında əməkdar artis Aybəniz Haşımova məlumat verib:

"Allaha çox şükür, artıq Şahnaz xanım evə yazıldı. Dəyər verən və bizim yanımızda olan hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, Şahnaz Haşımova bir neçə gün öncə beyin-qan dövranının pozğunluğu diaqnozu ilə Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxanaya yerləşdirilmişdi.

Xalq artisti daha sonra Mərkəzi Gömrük Hospitalına köçürülmüşdü.