"BakuBus" avtobuslarından pandemiya ÇAĞIRIŞI - FOTO/VİDEO
    • 2-11-2023, 12:49
    • 294

"BakuBus" avtobuslarından pandemiya ÇAĞIRIŞI - FOTO/VİDEO

Pandemiyanın bitməsindən 1 ildən çox zaman keçməsinə baxmayaraq bəzi avtobuslarda hələ də "COVİD-19"-dan qorunmaq üçün çağırışlar qalır. Bu hal "BakuBus"a məxsus sərnişin avtobusunda da yaşanıb. Belə ki, "evdə qal" şüarı avtobusun ön hissəsində yer alıb. Bəs, pandemiyanın bitməsindən sonra nə üçün  "COVİD-19"-dan qorunma çağırışları avtobuslardan yığışdırılmır?

Bu barədə News24.az-a danışan "BakuBus"-un mətbuat xidmətinin rəhbəri Əsmər Əliyeva bildirdi ki, bu hallar texniki nasazlıq səbəbindən yaşanır:

"Bu barədə məlumatlıyıq. Sözügedən avtobus elektrik avtobusudur. Texniki problem yaşanıb. Artıq avtobus qaraja yaxınlaşıb. Problem həll edilib və avtobus xəttə buraxılıb". 

Qumral