Yasamalda FACİƏ: Xəsarət alan VAR
    • 15-11-2023, 00:54
    • 220

Yasamalda FACİƏ: Xəsarət alan VAR

Bakının Yasamal rayonunda bir nəfər bıçaqlanıb. 

News24.az APA-ya istinadla xəbər verir ki, hadisə Yeni Yasamal yaşayış massivində baş verib.

1990-cı il təvəllüdlü Ağayev Elşad Mövlud oğlu dava zamanı bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, E.Ağayev 4 bıçaq xəsarət izi ilə xəstəxananın cərrahiyə şöbəsinə qəbul edilib.

Faktı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.