Ombudsman silsilə maarifləndirmə tədbirləri keçirir - FOTO
    • 15-11-2023, 23:00
    • 223

Ombudsman silsilə maarifləndirmə tədbirləri keçirir - FOTO

Qubada İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) tərəfindən BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının qəbul olunmasının ildönümü ərəfəsində 20 oktyabr-20 noyabr tarixlərinin “Uşaq hüquqları aylığı” elan edilməsi ilə bağlı maarifləndirici tədbir keçirilib.

News24.az xəbər verir ki, Quba Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Zəki Kərimov adına Birinci Nügədi kənd 1 nömrəli tam orta məktəbində baş tutan tədbirdə Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsləri Mariyə Məmmədova, Qəmbər Abdullayev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əməkdaşı Gülər Vəlimuradova və Quba Rayon Polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis-leytenantı Coşqun İsmixanov və məktəblilər iştirak ediblər.

Tədbirdə iştirakçılar çıxış edərək, uşaqlar hər bir xalqın, dövlətin qiymətli sərvəti olduğunu və bu baxımdan hər kəs onların hüquqlarının və maraqlarının qorunmasını, uşaqlara qayğısını əsirgəməməli olduqlarını qeyd ediblər.

Aylığın keçirilməsində məqsəd uşaqlara diqqət və qayğının daha da artırılması, uşaq hüquqlarının həyata keçirilməsinin və onların daha effektiv müdafiəsinin təmin olunmasıdır.