Ekvadorda televiziyaya hücumu araşdıran prokuror öldürülüb
    • 18-01-2024, 08:28
    • 116

Ekvadorda televiziyaya hücumu araşdıran prokuror öldürülüb

Ekvadorda televiziyaya hücumu araşdıran prokuror öld

Ekvadorun TC Televisión telekanalının studiyasına silahlı şəxslərin soxulmasını araşdıran prokuror Quayakil şəhərində öldürülüb.

News24.az APA-ya istinadla xəbər verir ki, bu barədə “El Universo” qəzeti məlumat yayıb.

Prokuror Sezar Suares Quayakilin şimalında avtomobili idarə edərkən güllələnib. Avtomobilə azı 20 dəfə atəş açılıb.

"Ekvador prokurorluğu Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Milli İxtisaslaşdırılmış Bölmənin prokuroru Sezar Suaresin qətli ilə bağlı istintaqa başlayıb", - prokurorluğun X-də (keçmiş Twitter) yaydığı bəyanatda deyilir.

Yanvarın 7-də Los Çoneros dəstəsinin lideri həbsxanadan qaçdıqdan sonra Ekvadorda təhlükəsizliklə bağlı vəziyyət daha da pisləşib. Bundan sonra ölkədəki bir neçə cəzaçəkmə müəssisəsində iğtişaşlar baş verib. Yanvarın 8-də ölkədə fövqəladə vəziyyət elan edilib və komendant saatı tətbiq olunub.