"Ombudsmanın mandatı genişləndirilib"
    • 12-03-2024, 11:10
    • 147

"Ombudsmanın mandatı genişləndirilib"

"İnsan hüquq və azadlıqlarının təminatı istiqamətində maarifləndirmə bu sahədəki tədbirlər planının tərkib hissəsini təşkil edir".

News24.az xəbər verir ki, bunu İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva Ombudsmanın Milli Preventiv Mexanizm qismində fəaliyyəti" mövzusunda təlimdə bildirib.

O, bu sahədə həyata keçirilən tədbirlər barədə geniş məlumat verib.

Vurğulayıb ki, görülən işlərin səmərəliliyin artırılması, əməkdaşların bilik və bacarıqlarının təkmilləşdirilməsi, müvafiq dövlət proqramlarından irəli gələn tədbirlərin təşkili məqsədilə tədbirlər planı təsdiq edilib.

 Ombudsmanın sözlərinə görə, maarifləndirmə çərçivəsində növbəti tədbirlər ahılların, əlillərin və digər kateqoriyadan olan şəxslərin, eləcə də miqrantların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində keçiriləcək:

"Bu yaxınlarda İnsan Hüquqları üzrə müvəkkil, yəni ombudsmanın mandatı genişləndirilib. Son iki ildə insan hüquq və azadlıqlarının təminatı üzrə milli strategiya və fəalliyət planının icrası çərçivəsində Ombudsmanın fəaliyyətini müəyyən edən qanuna dəyişikliklər edilib. Fəaliyyətimizin prioritet istiqamətlərindən biri də istər vətəndaş cəmiyyətinin nümayəndələri, istərsə də beynəlxalq təşkilatlarla birgə ictimaiyyətin maarifləndirməsi sahəsində görülən işlərin genişləndirilməsidir". 

Fərid Azəri