Papanın qadınlarla bağlı bu çıxışı xaosa səbəb oldu
    • 1-06-2024, 18:23
    • 267

Papanın qadınlarla bağlı bu çıxışı xaosa səbəb oldu

"Qeybət qadınlara xas bir şeydir. Biz (kişilər) şalvar geyinirik"

News24.az Publika.az-a istinadən xəbər verir ki, "Il Silere Non Possum"un məlumatına görə, Papa Fransisk bunu çərşənbə günü Vatikanda qatıldığı toplantıda keşişlərə tövsiyələr verərkən deyib.

O, insanlardan bir-birilərinə qarşı açıqsözlü olmalarını xahiş edib.

Papanın bu sözləri birmənalı qarşılanmayıb və xaosa səbəb olub.

Qeyd edək ki, Vatikanda qadınlara mühüm vəzifələr verən Papa Fransisk keçən il ilk dəfə qadınlara səsvermə hüququ verib. Digər tərəfdən, qadınların keşiş köməkçisi olması təklifini rədd edib.