Qapalı məkanlarda və ictimai nəqliyyatda reyd
    • 23-10-2021, 15:02
    • 384

Qapalı məkanlarda və ictimai nəqliyyatda reyd

Ölkəmizdə daxili işlər orqanları tərəfindən koronavirus pandemiyasının geniş yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, Bərdə və Ağcabədi Rayon Polis Şöbələrinin əməkdaşları bu məqsədlə qapalı məkanlarda və ictimai nəqliyyatda yoxlama tədbirləri həyata keçiriblər. Yoxlamalar zamanı qayda pozuntusuna yol vermiş şəxslərlə maarifləndirici səpkidə söhbətlər aparılıb, bir neçə nəfər barəsində isə inzibati qaydada protokollar tərtib edilib.

Qeyd edək ki, bu cür tədbirlərin əsas məqsədi əhalinin sağlamlığı, sanitariya-gigiyena və sanitar-epidemioloji qaydaların təmini ilə yanaşı, vətəndaşlarda cəmiyyət qarşısında daşıdıqları məsuliyyət hissinin artırılmasıdır.