Əxlaq polisi tərəfindən döyülən yeniyetmə öldü - FOTO
    • 28-10-2023, 12:30
    • 125

Əxlaq polisi tərəfindən döyülən yeniyetmə öldü - FOTO

Bu gün İran hökumətinə bağlı xəbər agentlikləri oktyabrın 1-də Tehran metrosunda “Əxlaq” polisinin hücumu və zorakılığı nəticəsində günlərdir komada olan 16 yaşlı yeniyetmə qız Armita Gəravəndin öldüyünü bildirib. 

News24.az xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

Məlumata görə, İRNA rəsmi xəbər ajansı Armita barədə yazıb: “Aparılan intensiv tibbi müalicədən və 28 gün reanimasiyada qaldıqdan sonra o, kəllə-beyin travması səbəbindən dünyasını dəyişib”. 

Qeyd edək ki, Armita Gəravənd məktəbə getmək üçün metro vaqonuna daxil olduqdan sonra məcburi hicab qanunlarına riayət etmədiyi üçün repressiv “Əxlaq” polisinin zorakılığına məruz qalmışdı. Belə ki, repressiv hicab məmuru tərəfindən itələnərək başı platformaya dəymiş və komaya düşmüşdü. 

Lakin bir sıra hökumət yönümlü xəbər agentlikləri onun komada olmasını qan təzyiqinin qəfil düşməsi kimi qələmə verib. 

Aynurə