ABŞ həyacan təbili çalır:
    • 15-11-2023, 11:22
    • 105

ABŞ həyacan təbili çalır: "vəziyyət kritikdir"

"ABŞ Konqresinin bu il ayırdığı əsas resurslar demək olar ki, tükənib, ona görə də Ukraynaya yardım məsələsi ifrat nöqtədədir".

News24.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

Onun sözlərinə görə, Pentaqon Ukraynaya hərbi yardım üçün ayrılan vəsaitin 95%-ni artıq istifadə edib.

"Biz Ukraynaya dəstəyimizin kritik nöqtəsindəyik", - Miller deyib.

Dövlət Departamentinin nümayəndəsi ABŞ prezidentinin Konqresə göndərdiyi və həm Ukrayna, həm də İsrail üçün maliyyə təmin edən əlavə sorğu ilə bağlı təcili qərarın qəbul edilməsinin vacibliyini vurğulayıb.

Ayşən